Azərbaycan qızıl medallarla başladı

Azərbaycan qızıl medallarla başladı
Digər, Taekvondo
12 Mart 2023 - 12:00
Eyndhovendə açıq Niderland çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Supersport.Az-a Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, milli komandanın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Yığmamızın digər taekvondoçusu Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.

Yarışa bu gün yekun vurulacaq.

Digər xəbərlər