"Sabah" Tiflisdə birinci oldu - Şəkil

"Sabah" Tiflisdə birinci oldu - Şəkil
Futbol
25 Fevral 2023 - 11:29
“Sabah” Futbol Akademiyasının U-9 və U-11 komandaları Gürcüstanın Tiflis şəhərində təşkil edilən “Tengiz Sulakvelidze Academy-2023” turnirində iştirak ediblər.

Supersport.Az xəbər verir ki, klubun U-9 komandası qrup mərhələsində “Qldani” (8:0), “Celero” (6:1) və Batumi “Dinamo”su (1:2) ilə qarşılaşıb. Yarımfinalda oyunsonrası penaltilər seriyası ilə “Qorda”nı (2:2, pen – 4:2) keçən “Sabah” finala vəsiqə qazanıb. Azərbaycan komandası həlledici matçda Batumi “Dinamo”suna (1:1, pen – 3:4) oyun sonrası penaltilər seriyasında uduzaraq turniri ikinci pillədə başa vurub.

U-11 komandası isə qrupda yerli “Qrandi” (4:0) “Zestafoni”ni (5:0) məğlub edib, “Qldani”yə uduzub (0:1). Yarımfinalda “Saburtalo”ya qalib gələn (4:0) komanda həlledici oyuna vəsiqə qazanıb. “Sabah” final matçında da qrup mərhələsində qarşılaşdığı “Qrandi” ilə üz-üzə gəlib. Bu dəfə də rəqibini məğlub edən (4:0) U-11 komanda turnirin qalibi olub.

U-9-dan Ömər Şirəliyev turnirin ən yaxşı hücumçusu, Cavidan Ağayev isə ən texnikalı futbolçusu seçilib. U-11-in üzvlərindən Yusif Ağayev turnirin ən yaxşı yarımmüdafiəçisi, Ayxan Əliyev ən yaxşı müdafiəçisi, Fərid Həsənli isə ən yaxşı oyunçusu seçilib.

T.S Academy 2023 Cup

U-9

Qrup mərhələsi

Sabah – Qldani 8:0

Sabah – Celero 6:1

Sabah – Dinamo (Batumi) 1:2

Yarımfinal

Qorda – Sabah 2:2 (pen. 2:4)

Final

Dinamo (Batumi) – Sabah 1:1 (pen. 4:3)

U-11

Qrup mərhələsi

Sabah – Qrandi 3:1
Qollar: Yusif Ağayev, Ayxan Əliyev, Fərid Həsənli.

Sabah – Qldani 0:1

Sabah – Zestafoni 5:0
Qollar: Yusif Ağayev, Fərid Həsənli, Amal Şıxkərimzadə, Yusif Fətullayev, Hüseyn Musayev.

Yarımfinal

Sabah – Saburtalo 4:0
Qollar: Yusif Ağayev (3), Hüseyn Musayev.

Final

Sabah – Qrandi 4:0
Qollar: Fərid Həsənli, Ayxan Əliyev, Yusif Ağayev, Hüseyn Musayev.





 

Digər xəbərlər