İlham Zəkiyevdən nümunəvi addım

İlham Zəkiyevdən nümunəvi addım
Digər, Cüdo
23 Fevral 2023 - 17:00
Cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Vətən müharibəsi şəhidi Kazım Məmmədsalahovun qızı ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Supersport.Az xəbər verir ki, tanınmış idmançı Şəkinin Qoxmuq kəndinə gedərək şəhidin 2-ci sinifdə oxuyan qızını ziyarət edib. Zəkiyev görüşlə bağlı bu sözləri yazıb:

"Bu yaxınlarda Şəki rayonu Qoxmuq kəndindən Vətən müharibəsi şəhidi Məmmədsalahov Kazımın bizə əmanəti olan 2-ci sinif şagirdi Aylin balamızdan məktub aldım. Gedib bu fidan balanı ziyarət etməyi özümə mənəvi borc bildim. Aylin və digər məktəblilər ilə gözəl vaxt keçirdik. Bu görüş məndə xoş bir iz qoydu. Şəhid atasının arzusunu yerinə yetirərərək gələcəkdə çox peşəkər hərbi həkim olacağına ürəkdən inanıram, əziz Aylin!".

Digər xəbərlər