"Qarabağ" - "Gent" oyununa böyük maraq

"Qarabağ" - "Gent" oyununa böyük maraq
Futbol
13 Fevral 2023 - 13:00
Avropa Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Gent" oyununa bilet satışı davam edir.

Supersport.Az-ın Ağdam klubunun mətbuat xidmətnə istinadən verdiyi məlumata görə, satışa çıxarılan 31 min biletdən 21 mini artıq sahibini tapıb.

Satışda bütün kateqoriyalar üzrə biletlər qalıb. Biletləri Iticket.az və kassalardan almaq olar. Biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.

Xatırladaq ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlanacaq. Cavab görüşü fevralın 23-də Belçikada olacaq.

Digər xəbərlər