"Turan Tovuz"dan Türkiyəyə dəstək

"Turan Tovuz"dan Türkiyəyə dəstək
Futbol
08 Fevral 2023 - 15:31
"Turan Tovuz" Türkiyədə baş verən güclü zəlzələyə görə qardaş ölkəyə dəstək olmaq üçün təqdirəlayiq addım atıb.

Supersport.Az xəbər verir ki, Tovuz klubu Azərbaycan Premyer Liqasının 22-ci turunda "Kəpəz"lə matçın bilet satışından əldə olunacaq bütün gəliri yardım məqsədilə qardaş ölkəyə göndərəcək. Bu barədə "Turan Tovuz"un mətbuat xidməti məlumat yayıb.

Qərb derbisi üçün satışa çıxarılan biletlərin qiyməti 2 AZN təşkil edir. Tovuz təmsilçisi azarkeşləri matça bilet almaqla Türkiyəyə dəstək olmağa səsləyib.

Fevralın 11-də keçiriləcək "Turan Tovuz" - "Kəpəz" oyunu saat 14:00-da başlayacaq.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində hələ ki, 7 mindən çox ölən var.

Digər xəbərlər