Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.
Supersport.Az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Turan Tovuz” “Şamaxı”nın qonağı olub. Tovuz klubu qalib gəlib.
Turun son qarşılaşmasında “Sabah” “Səbail”i qəbul edib. Bu oyunda 4 qol olub, 2 qırmızı vərəqə göstəriib.
6 fevral (bazar ertəsi)
14:00. “Şamaxı” – “Turan Tovuz” 0-1
Qol: Tərlan Quliyev, 54
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu
18:00. “Sabah” – “Səbail” 4-0
Qollar: Coy Lens Mikels, 4, Davit Volkov, 10, 31, Emmanuel Apeh, 83
Qırmızı vərəqələr: Con İrasabal, 68 (“Sabah”), Rahid Əmirquliyev, 79 (“Səbail”)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Şirmamed Mamedov, Cavid Cəlilov
Masazır stadionu
5 fevral (bazar)
18:30. “Neftçi” – “Sumqayıt” – 2:0
16:00. “Zirə” – “Qəbələ” – 2:2
4 fevral (şənbə)
“Kəpəz” – “Qarabağ” – 1:1
|
Bombardirlər:
Ramil Şeydayev (“Qarabağ”) – 15 qol
Musa Qurbanlı (“Qarabağ”) – 15 qol
Coy Lens Mikels (“Sabah”) – 12 qol
Emin Mahmudov (“Neftçi”) – 10 qol
Aleksey Kaşuk (“Sabah”) – 9 qol