"İngiltərədə saqqalım ağardı" - Yurgen Klopp

"İngiltərədə saqqalım ağardı" - Yurgen Klopp
Futbol
22 Yanvar 2023 - 19:37
"Liverpul"un baş məşqçisi Yurgen Klopp karyerasında 1000-ci oyuna çıxması ilə bağlı danışıb.

Supersport.Az xarici mediaya istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, bu barədə xoşbəxt olduğunu bildirib:

"Məncə, bu, böyük nailiyyətdir. Həm də, 1000 çılğın rəqəmdir. Çox xoşbəxtəm. Doğrusu, İngiltərəyə gələndə saqqalımın rəngi fərqli idi. Burada ağardı".

Klopp 2015-ci ilin oktyabrından "Liverpul"u çalışdırır. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasını, ölkə kubokunu, superkubokunu, İngiltərə Liqa kubokunu, UEFA Çempionlar Liqasını və Klublararası dünya çempionatını qazanıb.

Almaniyalı mütəxəssisin klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir.

Digər xəbərlər