"Traktor" "ilişdi"

"Traktor" "ilişdi"
Futbol
22 Yanvar 2023 - 15:25
Futbol üzrə İran çempionatında 16-cı turun oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda "Gol Gohar"la qarşılaşıb. "Traktorçular" bu oyunda heç-heçə ilə kifayətləniblər – 2:2.

"Traktor" 16 turdan sonra 23 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Digər xəbərlər