Zidandan Fransanın yöndəmsiz qurum prezidenti üzr istədi

Zidandan Fransanın yöndəmsiz qurum prezidenti üzr istədi
Futbol
09 Yanvar 2023 - 17:33
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrey millinin keçmiş üzvü, "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidandan üzr istəyib.

Supersport.Az AFP-yə istinadən xəbər verir ki, o, Zidan haqda verdiyi açıqlmada fikirlərini düzgün izah edə bilmədiyini deyib.

"Bu sözlər nə mənim fikirlərimi əks etdirir, nə də futbolçu və məşqçi kimi Zidana olan münasibətimi dəyişir. Buna görə üzr istəyirəm. Belə müsahibə verməməli idim. Fransa futbolunun iki abidəsi Didye Deşamla Zinəddin Zidanı qarşı-qarşıya qoydum. Etiraf edirəm ki, anlaşılmazlığa səbəb olan yöndəmsiz açıqlamalar vermişəm. Zinəddin Zidan mənim ona, eləcə də bütün fransızlara nə qədər hörmət bəslədiyimi bilir".

Xatırladaq ki, Noel Le Qrey açıqlamasında bildirmişdi ki, Zidan millinin baş məşqçi vəzifəsinə namizəd olmayıb və ondan zəng gəlsə belə, ona cavab verilməyəcək.

Digər xəbərlər