Ölkəmizdən 3 medal

Ölkəmizdən 3 medal
Digər, Cüdo
22 Dekabr 2022 - 21:34
Supersport.Az-ın məlumatına görə, Qüdsdə keçirilən "Masters" turnir başa çatıb.

Yarışda 58 ölkədən 367 idmançı mübarizə aparıb. Mükafat fondu 200 min avro turnirdə ölkəmiz 3 medal qazanıb.

Bu gün 100 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Cafar Kostoyevə qalib gələrək bürünc mükafata sahib çıxıb.

Bu çəkidə Elmar Qasımov mükafatsız qalıb. +100 kq-da isə Uşanqi Kokauri 7-ci yerlə kifayətlənib.

Xatırladaq ki, əvvəlki günlər təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) bürünc, Səid Mollayi gümüş medal qazanıb.

 

Digər xəbərlər