Bu gün DÇ-2022-də 1/8 final mərhələsi yekunlaşıb.
Supersport.Az xəbər verir ki, mərhələnin son günündə 1/4 finalın son 2 iştirakçısı məlum olub. Əvvəlcə İspaniya millisi Mərakeşlə qarşılaşıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Mərakeş ispanları 3 qolla məğlub edərək dünya çempionatından kənarlaşdırıb. Mərakeşli qolkiper Yassine Bounou üç penalti vuruşunda ispan futbolçuların zərbəsini dəf edib.
1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə üzləşib. Portuqaliyalılar 6:1 hesablı qələbə qazanıb. Portuqaliya 1/4 finalda Mərakeşə rəqib olub.
Daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.
6 dekabr
19:00. Mərakeş – İspaniya – 0:0 (Penaltilər seriyası – 3:0)
Baş hakim: Fernando Rapallini (Argentina)
Penaltilər seriyası
Mərakeş: + + – +
İspaniya: – – –
“Edyukeyşn Siti” stadionu
23:00. Portuqaliya – İsveçrə 6:1
Qollar: Qonsalo Ramos 17, 51, 67, Pepe 33, Rafael Gerreyro 55, Rafael Leao 90+2 – Manuel Akanji 58
Baş hakim: Sesar Arturo Ramos (Meksika)
“Lusail” stadionu
1/4 final cütlükləri
9 dekabr
19:00.Xorvatiya – Braziliya
23:00. Niderland – Argentina
10 dekabr
23:00. İngiltərə – Fransa
19:00. Mərakeş – Portuqaliya/İsveçrə