Bu gün DÇ-2022-nin 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Supersport.Az xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gəlib. Xorvatlar penalti seriyasında qalib gələrək növbəti raunda keçib.
Günün digər qarşılaşmasında isə Braziliya Cənubi Koreyanı 4:1 hesabıyla məğlub edib.
Beləliklə 1/4 finalda Xorvatiyaya Braziliya rəqib olub.
DÇ-2022
1/8 final mərhələsi
5 dekabr
19:00. Yaponiya – Xorvatiya – 1:1 (penaltilər seriyası – 1:3)
Qollar: Maeda, 44, Perişiç, 56
Baş hakim: İsmail Elfat (Braziliya)
“Əl Cənub” stadionu
23:00. Braziliya – Cənubi Koreya 4-1
Qollar: Vinisius Junior, 7, Neymar, 13-pen, Rişarlison, 29, Lukas Paketa, 36 – Payk 77.
Baş hakim: Kleman Türpen (Fransa)
“974” stadionu
1/4 final cütlükləri
9 dekabr
23:00. Niderland – Argentina
10 dekabr
23:00. İngiltərə – Fransa