Füzuli rayonunda məktəblilər arasında keçirilən “Böyük Qayıdış” futbol çempionatında 1/2 finalçılar müəyyənləşib.
Supersport.Az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin Təhsil də inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalib gəlmiş layihələrdən biri olan “Böyük Qayıdış” futbol çempionatında yarımfinalçılar məlum olub.
Füzuli rayonunun 8 məktəbinin komandası çempionatda güclərini sınayıb. Yarışın 1/4 finalında Qayıdış 6, HORADİZ 1№, Qayıdış 7№, Böyük Bəhmənli kənd 1№ orta, UGİŞM, Cocuq Mərcanlı kənd, Zobucuq 27№, Zobucuq 39№, məktəblərin komandaları mübarizə aparıblar.
Gərgin keçən mübarizənin 1/2 finalına UGİŞM, Böyük Bəhmənli, Qayıdış 6№, Zobucuq 27№ məktəbin komandaları vəsiqə qazanıblar.