Azərbaycan Premyer Liqasının 15-ci turunda keçirilən “Şamaxı” – “Kəpəz” matçında (1:1) insident yaşanıb.
Supersport.Az xəbər verir ki, oyunun sonuna yaxın epizodların birində iki komandanın futbolçuları arasında dava düşüb.
Məşqçilər və hakimlərin müdaxiləsindən ilə onları sakitləşdirmək mümkün olub.
Matçın baş hakimi Əliyar Ağayev hər komandadan iki futbolçuya sarı vərəqə göstərib.