Qətərədə keçirilən dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları davam edir.
Supersport.Az xəbər verir ki, bu gün 4 qarşılaşma baş tutub.
B qrupunda ilk turda Səudiyyə Ərəbistanına uduzan Argentina yığması Meksika ilə qarşılaşıb. Lionel Skaloninin komandası 2:0 hesablı qələbə qazanıb.
Qrupun digər görüşündə Polşa Səudiyyə Ərəbistanını eyni hesabla məğlub edib.
C qrupunda isə Avstraliya Tunisə, Fransa Danimarkaya qalib gəlib.
Dünya çempionatı
Qrup məhələsi, II tur
C qrupu
Polşa – Səudiyyə Ərəbistanı 2:0
Qollar: Piotr Zielinski, 39, Robert Levandovski, 82
Argentina – Meksika 2:0
Qollar: Lionel Messi, 64, Enzo Fernandes, 87
Xal durumu: Polşa – 4 xal, Səudiyyə Ərəbistanı – 3, Argentina – 3, Meksika – 1.
D qrupu
Tunis – Avstraliya 0:1
Qol: Mitçell Dyuk, 24
Fransa – Danimarka 2:1
Qollar: Kilian Mbappe, 60, 86 – Andreas Kristensen, 68
Xal durumu: Fransa – 6 xal, Avstraliya – 3, Danimarka- 1, Tunis – 1.