Futbol üzrə dünya çempionatında daha 3 oyun keçirilib.
Supersport.Az xəbər verir ki, günün ilk görüşündə İngiltərə İranı 6:2 hesabıyla məğlub edib.
Niderland millisi Seneqala qalib gəlib.
Günün son matçında ABŞ millisi Uelslə qarşılaşıb. Amerika yığması əvvəlcə hesabı açsa da, üstünlüyü qoruya bilməyib.
DÇ-2022
21 noyabr
A qrupu
20:00 Seneqal – Niderland 0:2
Qollar: Qakpo, 85. Klassen, 90+9
Baş hakim: Uilton Sampayo (Braziliya)
“Al-Tumama” stadionu
Xal: Ekvador – 3, Niderland – 3, Seneqal – 0, Qətər – 0.
B qrupu
17:00. İngiltərə – İran – 6:2
Qollar: Cud Bellinqem, 35 (1:0), Bukayo Saka (2:0), 44, Rahim Sterlinq, 45+1 (3:0), Saka, 62 (4:0), Taremi, 65 (4:1), Reşford, 72 (5:1), Qriliş, 90 (6:1), Taremi, 90+14 (6:2)
Baş hakim: Rafael Klaus (Braziliya)
“Xəlifə” stadionu
23:00 ABŞ – Uels 1:1
Qollar: Timoti Vea, 36 – Qaret Beyl 82.
Baş hakim: Əbdülrəhman Əl-Jassim (Qətər)
“Əhməd ibn Əli” stadionu.