Dünya Kubokunu iranlılar qazandı

Dünya Kubokunu iranlılar qazandı
Digər, Güləş
06 Noyabr 2022 - 21:09
Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna yekun vurulub.

Supersport.Az xəbər verir ki, finalda Azərbaycan və İran yığmaları qızıl medal üçün qarşılaşıb.

Qarşılaşma 5:5 hesabı ilə sona çatıb. İran millisi xal hesabında Azərbaycanı üstələdiyinə (20:19) görə, kubokun qalibi olub.

6 noyabr

Final

Azərbaycan - İran - 5:5 (xallar 19:20)

(55 kq) Eldəniz Əzizli - Poya Marz - 4:1

(60 kq) Nihad Məmmədli - Mohsen Nejad - 4:5

(63 kq) Taleh Məmmədov - İman Hüseyn Mohammedi - 0:8

(67 kq) Həsrət Cəfərov - Danial Söhrabi - 5:1

(72 kq) Ülvi Qənizadə - Mohammedeza Rustami - 4:3

(77 kq) Sənan Süleymanov - Arif Həbibullahi - 7:1

(82 kq) Rafiq Hüseynov - Mohammedhuseyn Mahmudi - 5:1

(87 kq) Murad Əhmədiyev - Abulfəz Ali Çubani - 1:2

(97 kq) Arif Niftullayev - Mehdi Balihamzede - 2:5

(130 kq) Beka Kandelaki - Aliakbar Yusifahmedcali - 3:6

Qeyd edək ki, üçüncü yer uğrunda qarşılaşmada isə Türkiyə və Dünya yığması 5:5 hesablı bərabərə qalıb. Dünya yığmasının idmançılarından biri tuşe ilə qalib gəldiyi üçün bürünc medala sahib çıxıblar.

 

Digər xəbərlər