İlham Zəkiyev 8 qat Avropa çempionu oldu

Digər, Cüdo
03 Sentyabr 2022 - 21:00
Azərbaycan paracüdoçusu İlham Zəkiyev (+90 kq, J1) 8-ci dəfə Avropa çempionu olub.
Supersport.Az xəbər verir ki, o, İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Bununla da 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionumuz 8-ci dəfə Avropanın ən güclüsü olub.
Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, sentyabrın 2-si Namiq Abbaslı və İsmayıl Muradov bürünc medal qazanıb. Beləliklə, Azərbaycan millisi 1 qızıl və 5 bürünc olmaqla Avropa çempionatını ümumilikdə 6 medalla tamamlayıb.

Digər xəbərlər

Dünya çempionatında final uğrunda mübarizə: Azərbaycan - Monteneqro

Video: "Qarabağ"ın prezidenti Tahir Gözəl: "Qəzzədə insanların vəziyyəti ürəyimizi ağrıdır, yəhudilər müharibəni dayandırmalıdır"