Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir.
Supersport.Az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilir. Əvvəlcə son çempion “Qarabağ” “Sumqayıt”ın qonağı olub. Ağdam klubu 2 qolla qalib gəlib.
Günün digər görüşündə “Səbail” “Turan Tovuz”u qəbul edəcək.
İlk oyun günündə ötən gün “Sabah” “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib. Turun 2 görüşü isə sabah oynanılacaq.
13 avqust (şənbə)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
20:30. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal Umudlu
14 avqust (bazar)
18:20. “Qəbələ” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev
20:30. “Neftçi” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
12 avqust (cümə)
“Zirə” – “Sabah” – 1:3