"Qarabağ"ın səfər planı

Futbol
07 Avqust 2022 - 12:15
UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"ın III təsnifat mərhələsində "Ferentsvaroş"la oyun üçün yollanacağı Macarıstan səfərinin planı müəyyənləşib.
Supersport.Az xəbər verir ki, komanda sabah saat 10:30-da ölkəni tərk edəcək.
Yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə 20:40) Qurban Qurbanovun mətbuat konfransı, saat 19:00-da isə Budapeştdə komandanın mətbuata açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 9-da Bakı vaxtı ilə 22:00-da baş tutacaq. İlk matç 1:1 hesabı ilə yekunlaşıb.