Azərbaycanın nazirləri klubun açılışında iştirak etdilər - Şəkil

Azərbaycanın nazirləri klubun açılışında iştirak etdilər - Şəkil
Digər, Foto, Ağır Atletika
29 İyul 2022 - 15:00
Supersport.Az-ın məlumatına görə, bu gün Sabirabad şəhərində "Muğan" Ağır Atletika Klubunun açılışı olub. Açılışda Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, kənd təsərrüfatı naziri İnam Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, millət vəkili Kamal Cəfərov və digər şəxslər iştirak ediblər. Qonaqlar burada yaradılan şəraitlə tanış olub, fikirlərini bölüşüb, tövsiyələrini verib, uğurlar arzulayıblar.

"Muğan" Ağır Atletika Klubu bu il yaranıb. Klubun bazası özəl sektora məxsus olan idman zalı üçün uyğunlaşdırılmış və tam yeni təmirdən çıxmış 2 zaldan ibarətdir. Ağır atletika ilə məşğul olmaq üçün bütün avadanlıqlarla təmin olunmuş xüsusi zal 150 kv.m sahədən, ikinci zal isə 120 kv.m sahədən ibarət olmaqla, trenajor avadanlıqları ilə təmin olunub. Ümumilikdə, binanın sahəsi 396 kv.m-dir.

Bir açık hava görseli olabilir

Bir 9 kişi ve ayakta duran insanlar görseli olabilirBir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 7 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 12 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir iç mekan görseli olabilirBir iç mekan görseli olabilir

Digər xəbərlər