Supersport.Az-ın məlumatına görə, Azərbaycan atleti Aleksis Kopello Fransanın Sotteville-les-Rouen şəhərində keçirilmiş beynəlxalq turnirdə qızıl medal qazanıb.
Üçtəkanla tullanmada çıxış edən 37 yaşlı idmançı “Meeting International de Sotteville 2022” yarışında 16.81 metr nəticə göstərib.