Supersport.Az-ın məlumatına görə, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu gün Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.
Nazir “Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex” (Polşa) ilə keçirəcəyi oyunun hazırlıq işləri ilə tanış olub və tövsiyələrini verib.
Ağdam klubunun vitse-prezidenti Fevzihan Araz nazirə zaman ayırıb, işlərlə tanış olduğu üçün təşəkkür edib.
Supersport.Az portalı 2009-cu ildə təsis olunub.
Yarandığı gündən sayt ölkəmizin idman həyatını, həmçinin idmançılarımızın mötəbər yarışlarda uğurlu çıxışını yüksək səviyyədə təqdim edib.
Supersport.Az Mətbuat Şurasının üzvüdür. Saytımızın fəaliyyətinin məntiqi nəticəsi olaraq həm respublikamızın, həm də xarici ölkələrin mətbuat orqanları portalımızın məlumatları və videogörüntülərindən faydalanıb.
Supersport.Az-ın internet (youtube) kanalının hazırda 43 min 500-dən çox abunəçisi var və 9 milyon 600 mindən artıq baxış olub. Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediası saytımızın videogörüntülərindən istifadə edib. Ölkəmizə faydalı olması üçün hətta videoçəkilişlərimiz UEFA-ya da göndərilib.
Supersport.Az-ın Avropa təmsilçisi, fotomüxbiri Vüsal Şirəliyev Çempionlar Liqasının "Mançester Siti" – "İnter", Konfrans Liqasının "Roma" – "Feyenoord" final matçlarını və çox sayda digər beynəlxalq oyunları işıqlandırıb.
Supersport.Az yaxın gələcəkdə böyük planlar həyata keçirməyə, daha böyük uğurlar əldə etməyə çalışacaq.