"Qarabağ" - "Lex" oyununa biletlər satışda

"Qarabağ" - "Lex" oyununa biletlər satışda
Futbol
27 İyun 2022 - 12:24
UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Lex" (Polşa) oyununun biletləri bu gün satışa çıxarılıb.

Supersport.Az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək)
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında isə biletlər yalnız 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək davam edəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər xəbərlər