
Millimiz 4 qolla qalib gəldi
Supersport.Az-ın məlumatına görə, çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva millisi ilə bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Komandamızın heyətində Ramil Əliyev, Emin Mehdiyev, Elçin Qasımov və Sabir Allahquliyev fərqləniblər. Bu komandalar arasında növbəti oyun sabah keçirəcək.