Azərbaycanın federasiya prezidenti dünyanı səyahət etdi

Azərbaycanın federasiya prezidenti dünyanı səyahət etdi
Futbol
21 Dekabr 2021 - 08:45
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti, səyyah Fərid Novruzi dünya səyahətini 158 günə tamamlayıb.

Səyahət çərçivəsində o, dünyanın 6 qitəsinə (Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika və Avstraliya) səfər edərək, heç bir hava nəqliyyatından istifadə etmədən 60.000 km məsafə qət edib, ekvatoru şimaldan cənuba və cənubdan şimala olmaqla iki dəfə keçib, dünyanın iki antoqonist nöqtəsində olub. Bütün bunları 158 günə tamamlamış Fərid Novruzi daim doğma Azərbaycan bayrağını səyahət etdiyi əksər ölkələrin ən görməli, əhəmiyyətli yerlərində dalğalandırıb.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu münasibətlə Fərid Novruzi ilə görüşüb, səyahətini müvəffəqiyyətlə başa vurması münasibəti ilə onu təbrik edib.

Digər xəbərlər