Azərbaycan yığması Qətəri də uda bilmədi

Azərbaycan yığması Qətəri də uda bilmədi
Futbol
14 Noyabr 2021 - 22:56
Supersport.Az xəbər verir ki, italiyalı Canni De Byazinin çalışdırdığı Azərbaycan yığması Qətərlə yoxlama oyununda qüvvəsini sınayıb.


Bakı Olimpiya Stadionunda keçirilən matç komandamızın bu il son sınağı olub. Bu oyun baş məşqçi Canni de Byazi üçün də sonuncu ola bilərdi. Müqaviləsinin müddəti başa çatan italiyalının taleyinə özü üçün yubiley – 20-ci sınağından sonra aydınlıq gələcəkdi.



Azərbaycan - Qətər qarşılaşması 2:2 hesabı ilə heç-heçə başa çatıb. Millimizin qollarını biri penaltidən olmaqla 37 (p) və 67-ci dəqiqələrdə Emin Mahmudov vurub.



Bundan əvvəl Azərbaycan yığması Qətər seçmə komandasıyla bu il Macarıstanda da qarşılaşmış 1:2 hesabı ilə uduzmuşdu.


Yoxlama oyunu


14 noyabr


21:00. Azərbaycan – Qətər 2-2


Qollar: Almoez, 23 (0:1), Emin Mahmudov, 37 (1:1), 68 (2:1), Almoez, 78 (2:2)


Baş hakim: Donatas Rumşas (Litva).


Bakı Olimpiya Stadionu.

Digər xəbərlər