Yığmamızdan üçüncü lisenziya

Yığmamızdan üçüncü lisenziya
Digər, Boks
06 İyun 2021 - 12:30

Supersport.Az-ın məlumatına görə, Azərbaycanın boks milli komandası Tokio Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı qazanıb.



Yığmamızın heyətində Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyevin (63 kq) ardınca Alfonso Dominqes (81 kq) də bu uğura imza atıb.



Avropa Oyunlarının qalibi Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlməklə “Tokio-2020”də iştirak hüququna sahib olub. O, dörddəbir finalda İmam Xatayevi (Rusiya) məğlub edib.



Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq. Döyüş iyunun 7-nə təsadüf edəcək.




Qeyd edək ki, iyunun 4-də start götürən yarış ayın 8-də başa çatacaq.

Digər xəbərlər