Yığmamız qızıl medalsız qaldı

Yığmamız qızıl medalsız qaldı
Digər, Boks
22 Mart 2021 - 18:34
Türkiyənin İstanbul şəhərində təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turniri başa çatıb.

Supersport.Az xəbər verir ki, Azərbaycan milli komandası 30-a yaxın ölkədən 250 idmançının qatıldığı yarışı 7 medalla başa vurub.

Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan boksçuları turnirdən öncə qardaş ölkədə təlim-məşq toplanışı keçiblər.

Digər xəbərlər