Azərbaycanlı hakim ən yaxşı seçildi

Azərbaycanlı hakim ən yaxşı seçildi
Digər, Taekvondo
17 Mart 2021 - 00:40
Türkiyənin İstanbul şəhərində keçirilən taekvondo üzrə "Turkish Open" beynəlxalq turnirində Azərbaycanı təmsil edən hakim Gündüz Abdullayev mükafat qazanıb.

Supersport.Az xəbər verir ki, o, yarışın ən yaxşı hakimi adına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə 3 medal qazanıb. Milad Beigi Hərçəqani 87 kq çəkidə qızıl, Radik İsayev 87 kq-dan yuxarı çəkidə gümüş, Ayxan Tağızadə isə 74 kq çəki dərəcəsində bürünc medala yiyələnib.

Digər xəbərlər