Yığmamız ardıcıl 4-cü qələbəylə final mərhələsində

Yığmamız ardıcıl 4-cü qələbəylə final mərhələsində
Futzal, Futbol
10 Mart 2021 - 01:28

Azerbaijan's win in Moldova on Tuesday took them to the finals


Azərbaycanın futzal milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.


Supersport.Az-ın məlumatına görə, Kişinyovda, Çioresku İdman zalında Moldova yığması ilə qarşılaşmadan 5:3 hesabı ilə qalib ayrılan milli komandamız ardıcıl 4-cü qələbəsini qazanıb. Vassouronun dubl etdiyi oyunda millimizin digər qollarını Hadi Ahmadi və Ramiz Çovdarov vurub. Digər qolu isə Yulian Kojokaru öz komandasının qapısından keçirib.

Millimiz 2022-ci il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

 

Digər xəbərlər