Taekvondo millimizdən yüksək nəticə

İsveç Krallığının Helsinqborq şəhərində təşkil olunan "Prezident Kuboku"nun ardından "Helsinqborq Open" beynəlxaq turniri keçirilib.
Supersport.Az xəbər verir ki, böyüklərdən ibarət taekvondo millimizin qatıldığı yarış da təmsilçilərimiz üzün uğurlu alınıb.
Komandanın üzvləri 6 qızıl, 2 gümüş və 1 bürünc, ümumilikdə 9 medala sahib olub. Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavab Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Radik İsayev (87 kq yuxarı) və Patimat Abakarova (53 kq) yarışı qalib başa vurub.
Fəridə Əzizova (67 kq) və Taleh Süleymanov (87 kq) həlledici döyüşdə məğlub olaraq gümüş medal qazanıb.
Ramin Əzizov (87 kq) isə bürünc medala layiq görülüb.
Millimiz yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, eləcə də baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə qatılıb.
Digər xəbərlər

Dünya çempionatında final uğrunda mübarizə: Azərbaycan - Monteneqro

Video: "Qarabağ"ın prezidenti Tahir Gözəl: "Qəzzədə insanların vəziyyəti ürəyimizi ağrıdır, yəhudilər müharibəni dayandırmalıdır"
