“2019-cu il idmançılarımız rəsmi yarışlardan 30 medal, para-taekvondo yarışlarından isə 4 medal əldə edib. Qarşıda bizi möhtəbər turnirlər gözləyir. Belə ki, yeniyetmələrin Avropa birinciliyi və gənclərin dünya birinciliyi kimi yarışlarımız var. Bildiyiniz kimi, bu il bizi Olimpiadaya əlavə lisenziya qazanmağımız üçün şansımız da var. Hansı ki, bu yarışda para-taekvondoçularımız da beş idmançı ilə qatılacaq. Fikrimcə idmançılarımz bu şansdan yararlanmağa çalışacaqlar. Bütün məşqçi-müəllimlər və idmançılara bol şanslar və uğurlar arzulayıram”.

Taekvondo Federasiyasının böyük hədəfi
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasının milli komandalar nəzarət üzrə vitse–prezident Niyaməddin Paşayev bu il hədəflərin böyük olduğunu bildirib.