Millimizin məşqçisi dünyada birinci seçildi - Foto

Millimizin məşqçisi dünyada birinci seçildi - Foto
Digər, Taekvondo
08 Dekabr 2019 - 20:16
Beynəlxalq Taekvondo Federasiyası 2019-ci ilin ən yaxşılarının adını açıqlayıb.

Supersport.Az xəbər verir ki, Moskvada keçirilən Qran-prinin final mərhələsindən sonra açıqlanan siyahıda Azərbaycan yığmasının baş məşqçisi Reza Mehmandost da yer alıb.

Millimizin iranlı çalışdırıcısı ilin ən yaxşı məşqçisi nominasiyasında qalib elan edilib. Bununla da R. Mehmandost ikinci dəfə eyni uğura yiyələnib. Baş məşqçi 2016-cı ildə də fərqlənib.

Digər xəbərlər