Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi “Brilyant Liqası”nın 6-cı mərhələsi Mərakeşin paytaxtaı Rabatda keçirilib.
Supersport.Az-ın məlumatına görə, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev 200 metrə qaçışda 20.28 saniyə göstəriciylə ikinci olub.
Kanadalı Andre de Qrasse, 20.19-la yarışı birinci pillədə başa vurub.
Ekvadorlu Aleks Quinones ise 20.30-la üçüncü yeri tutub.
Dünya və Avropa çempinu Ramil Quliyev hazırda 27 xalla “Brilyant Liqası”nda (Diamond League) liderdir.