Yığmamızın baş məşqçisi: "Futbolçulara deyəcək sözüm yoxdur"

Yığmamızın baş məşqçisi: "Futbolçulara deyəcək sözüm yoxdur"
Futbol
07 İyun 2019 - 09:56
Supersport.Az-ın məlumatına görə, U-21 millimizin baş məşqçisi Milan Obradoviç  Avropa çempionatının seçmə mərhələsində səfərdə Lixtenşteynə 0:1 hesabı ilə uduzduqları oyundan sonra məğlubiyyəti şərh edib.

"Rəqibin bizə qarşı necə oynayacağını bilirdik. Gözlədiyimiz kimi 10 nəfərlə müdafiə olunurdular. Təəssüf ki, oyun ərzində buraxdığımız bir səhvə görə məğlub olduq. Cinahlardan oyun quraraq rəqibin müdafiə xəttini yarmağa çalışırdıq. Ustalıq səviyyəsinin çatışmaması özünü göstərdi. Yəqin ki, bu da futbolçuların qələbə qazanmaq istəklərinin çox olması ilə əlaqədardır. Təbii ki, bu cür nəticə gözləmirdim.

Futbolçulara deyəcək sözüm yoxdur. Onlar bütün bacarıqlarını maksimum yerinə yetirdilər. Futbol elə bir oyun odur ki, yaxşı oynayan hər zaman qalib gəlmir. Təəssüf ki, xal qazana bilmədik. Xal isə həmişə lazımdır. Bilirəm ki, biz düzgün yoldayıq. Çox yaxşı təlim-məşq toplanışı keçirdik. Futbolçura görə çox təəssüflənirəm. Oyun ərzində bir neçə qol imkanı yaratdıq, ancaq istifadə edə bilmədik. Bu oyun bizim üçün bir dərs olacaq. Komanda uduzanda günahkar mənəm. Komanda qalib gələndə bu, futbolçuların qələbəsidir. İstərdim ki, komanda olaraq – həm biz məşqçilər, həm də futbolçular bu məğlubiyyətdən nəticə çıxaraq. Növbəti oyunlara daha çox çalışmalıyıq, daha yaxşı hazırlaşmalıyıq" (affa.az).

Digər xəbərlər