Dünya çempionlarımız uduzdu - 4 boksçu döyüşməkdən qorxdu

Dünya çempionlarımız uduzdu - 4 boksçu döyüşməkdən qorxdu
Digər, Boks
01 Aprel 2019 - 00:42
Supersport.Az-ın məlumatına görə, boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turnirində yarımfinal mərhələsinin görüşləri başa çatıb.

Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın beşinci günündə finalçıların adlarına aydınlıq gəlib.

Bu gün baş tutan 20 qarşılaşmada Azərbaycan millisinin 15 boksçusu qüvvəsini sınayıb. Onlardan 7-si həlledici döyüşdə iştirak hüququ qazanıb. 8 boksçumuz isə bürünc medalla kifayətlənib.

Dünya çempionlarımızdan Elvin Məmişzadə ilə Cavid Çələbiyev yarımfinalda məğlub olub.

Dörd boksçu rinqə çıxmaqdan imtina edib.

Final mərhələsinin görüşləri bu gün olacaq.

Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edirlər.

1/2 final


49 kq

Casurbek Latipov (Özbəkistan) – Şalkar Ayxinbay (Qazaxıstan) – 0:3
Yermek Madiyev (Qazaxıstan) – Nodirjon Mirzəhmedov (Özbəkistan) – 0:5

52 kq

Məsud Yusifzadə (Azərbaycan) – Elvin Məmişzadə (Azərbaycan) – 3:2
Oljas Bayniyazov (Qazaxıstan) – Həsənboy Dusmatov (Özbəkistan) – ikinci döyüşə gəlməyib

56 kq

Tayfur Əliyev (Azərbaycan) – Qoşqar Səfərli (Azərbaycan) – 5:0
Abdullaziz Elmandini (Mərakeş) – Orazbek Assilkulov (Qazaxıstan) – 1:4

60 kq

Cavid Çələbiyev (Azərbaycan) – Şukurjon Rəhimov (Özbəkistan) – 2:3
Ruslan Rüstəmov (Azərbaycan) – Mohamed Hamut (Mərakeş) – birinci döyüşə gəlməyib

64 kq

Fərid Ağamoğlanov (Azərbaycan) – Sabirxan Bekbergenov (Qazaxıstan) – 0:5
Alişa Şərifov (Rusiya) – Almasbek Alibekov (Qazaxıstan) – 5:0

69 kq

Maulen Oskenbek (Qazaxıstan) – Sahm Kadim (İraq) – 4:1
İkboljon Xoldarov (Özbəkistan) – Tamerlan Maqomedov (Rusiya) – 4:1

75 kq

Kamran Şahsuvarlı (Azərbaycan) – Gülər Sərhad (Türkiyə) – 3:2
Giorgi Manjavadze (Gürcüstan) – Amin Kuşkov (Azərbaycan) – birinci döyüşə gəlməyib

81 kq

Xurşid Abdullayev (Özbəkistan) – Rauf Rəhimov (Azərbaycan) – 0:5
Alfonso Dominqes (Azərbaycan) – Cəbrayıl Yelekov (Azərbaycan) – ikinci döyüşə gəlməyib

91 kq
Madiyar Saydrəhmanov (Özbəkistan) – Yuness Baalla (Mərakeş) – 5:0
İsmayıl Yaqubov (Azərbaycan) – Rahil Məmmədli (Azərbaycan) – 1:4

+91 kq
Danila Semenov (Qazaxıstan) – Sadiq Səmədov (Azərbaycan) – 3:2
Obidjon Toxirov (Özbəkistan) – Şiqabudin Əliyev (Rusiya) – 4:1

Digər xəbərlər