"Neftçi" "Forza Neftçi"ylə barışdı

"Neftçi" "Forza Neftçi"ylə barışdı
Futbol
01 Fevral 2019 - 00:25
Supersport.Az-ın məlumatına görə, "Neftçi" klubu ilə "Forza Neftçi" azad azarkeş qrupu arasında gərginlik aradan qalxıb.

Azarkeşlərlə görüşən komanda rəhbərliyi onları tribunalara dönməyə razı sala bilib.

Bunu qrupun rəhbəri Sübhan Əliyev açıqlayıb. O, ölkənin aparıcı fanklublarından sayılan paytaxt təmsilçisinin azarkeşləri yenidən tribunadakı yerlərinə qayıdacağını bildirib.

Ötən ilin sonunda klub rəhbərliyi ilə aralarındakı problem üzündən tribunadan çəkilən "Forza Neftçi" fanatları fevralın 3-də ölkə çempionatının 15-ci turunda "Qarabağ"la oyunda komandalarına dəstək verəcək.

Digər xəbərlər