Həbib Nurmuhammədov 2-ci pilləyə yüksəldi

Həbib Nurmuhammədov 2-ci pilləyə yüksəldi
Digər, UFC
09 Oktyabr 2018 - 21:38
UFC (Ultimate Fighting Championship) oktyabrın 9-da döyüşçülərin yeni reytinq siyahısını açıqlayıb.

Supersport.Az xəbər verir ki, Həbib Nurmuhammədov yeni reytinq siyahısında altı pillə irəliləyərək ikinci sıraya yüksəlib. ABŞ-ın Las-Veqas şəhərində keçirilən “UFC 229” turnirində yüngül çəki dərəcəsində Konor Makqreqor üzərində qələbə qazanaraq çempion titulunu qoruması onun sürətli irəliləyişinə səbəb olub. Konor Makqreqor isə ikinci pillədən səkkizinci pilləyə geriləyib.

Qeyd edək ki, UFC-nin yeni reytinq siyahısının birinci pilləsində ağır və orta çəki dərəcələrində döyüşən amerikalı Daniel Kormye qərarlaşıb. Üçüncü yerdə isə digər amerikalı idmançı Ti Ceydir.

Digər xəbərlər