"Qarabağ"ın "Kukesi" ilə oyunlar üçün heyəti

"Qarabağ"ın "Kukesi" ilə oyunlar üçün heyəti
Futbol
21 İyul 2018 - 22:44
Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" Albaniyanın "Kukesi" klubuna qarşı oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Supersport.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubunun heyətində 23 futbolçu yer alıb.
 Bunlardan 5-i qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 1-i hücumçudur.

Qapıçılar: Hannes Haldorsson, Vaqner da Silva, Şahruddin Məhəmmədəliyev, Nicat Mehbalıyev, Məmməd Hüseynov

Müdafiəçilər: Rahil Məmmədov, Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Yakub Jezniçak, Ansi Aqolli, Abbas Hüseynov

Yarımmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Miçel, Abdulla Zubir, Coşqun Diniyev, Donald Gerye, Zaur Fərzəliyev, Dani Kintana, Filip Ozobiç, İsmayıl İbrahimli

Hücumçu: Mahir Mədətov

Qeyd edək ki, "Kukesi" ilə ilk oyun iyulun 25-də Albaniyada, cavab matçı avqustun 1-də Bakıda keçiriləcək.

Digər xəbərlər