Muarem Muarem: "Doğma klubumla Avropada uğur qazanmalıyıq" - Foto

Muarem Muarem: "Doğma klubumla Avropada uğur qazanmalıyıq" - Foto
Futbol
08 İyun 2018 - 05:34
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın keçmiş futbolçusu Muarem Muarem Qazaxıstanın "Aktobe" klubundan ayrılıb. Makedoniyalı yarımmüdafiəçi, ölkəsinin birinci liqasında çıxış edən "Şkupi" klubuyla razılığa gəlib.

"Çox şadam ki, 11 ildən sonra doğma klubuma qayıtdım. Mən burada futbol karyerama başlamışam. Ümid edirəm ki, doğma komandamla istər Avropa, istərsə də ölkədə uğurlu nəticələr qazana biləcəyik".

Qeyd edək ki, 91 yaşlı "Şkupi" ölkə çempionatında 4-cü yeri tutsa da, Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

 

Digər xəbərlər