UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adı açıqlanıb.
Supersport.Az xəbər verir ki, bu həftənin ən yaxşısı adına 4 namizəd var idi. Bunlar David de Xea (“Mançester Yunayted”), Fred (“Şaxtyor”, Donetsk), Villian (“Çelsi”) və Tomas Müller idi (“Bavariya”).
Həftənin ən yaxşı futbolçusunun adı UEFA-nın rəsmi saytında keçirilən sorğuda müəyyənləşib. Daha çox səs toplayan De Xea birinci olub. O, səslərin 48 faizini toplayıb.