"Marca" qəzeti "Qarabağ"ın atmacasından yazdı

"Marca" qəzeti "Qarabağ"ın atmacasından yazdı
Futbol
16 Fevral 2018 - 22:54
"Qarabağ"ın rəsmi "Feysbuk" səhifəsinin dünən Avropa Liqasının 1/16 final mərhələsində "Kopenhagen" - "Atletiko" matçı öncəsi atmacalı paylaşımı İspaniyada geniş əks-səda doğurub.

Ölkənin dünyaca məşhur “Marca” və “El Mundo Deportivo” nəşrləri öz səhifələrində sözügedən paylaşıma yer ayırıblar.

“Qarabağ”ın bu paylaşımla hər iki klubu əla saldığını qeyd edən “Marca” “Atletiko”nun bundan dərs çıxarmalı olduğunu vurğulayıb.

“El Mundo Deportivo” isə “Qarabağ”dan Kopenhagendəki qurbanlarına acı salam: “Ümid edirik ki, bizi unutmayacaqsız” başlıqlı xəbərdə Ağdam klubunun “Kopenhagen”i Mahir Mədətov və Dino Ndlovunun qolları sayəsində  Çempionlar Liqasından kənarlaşdırmağı, eyni zamanda ÇL-in qrup mərhələsində “Atletiko”dan hər iki görüşdə xal alıb, komandanı Avroliqaya göndərməyi qeyd olunub.

Digər xəbərlər