"Barselona" rekordunu təkrarladı

"Barselona" rekordunu təkrarladı
Futbol
29 Yanvar 2018 - 13:07
"Barselona" İspaniya çempionatının 21-ci turunda "Alaves"i 2:1 hesabı ilə qalib gəlib.

Supersport.Az-ın məlumatıan görə, Kataloniya təmsilçisi La Liqada məğlubiyyətsiz oyunlar seriyası üzrə rekordunu təkrarlayıb.

Sonuncu dəfə "Barselona" 2009/2010-cu il mövsümündə 21 tur məğlub olmayıb. Kataloniyalılar bu oyunlardan 17-də qələbə qazanıb, 4-də isə heç-heçə ediblər. Cari mövsüm isə "Barselona"nın hesabında 18 qələbə var.

Hazırda İspaniya çempionatının lideri 57 xalla "Barselona"dır. "Atletiko" (46 xal) ikinci , "Valensiya" (40 xal) üçüncü, bir oyun az keçirən "Real Madrid" isə 38 xalla dördüncü sırada qərarlaşıb.

Digər xəbərlər