"Paltardəyişmə otağı sanki xəstəxanaya çevrilib"

"Paltardəyişmə otağı sanki xəstəxanaya çevrilib"
Futbol
10 Noyabr 2017 - 08:51
U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində Almaniya qarşısında aciz qalan Azərbaycan yığmasının baş məşqçisi Samir Ələkbərov məğlubiyyətin səbəbini açıqlayıb.


"Futbolçular meydanda əziyyət çəkdiyi kimi, biz də kənarda əziyyət çəkirdik. Səhvlər çoxdu, bunların üzərində işləyəcəyik. Uşaqlarda istək var idi. Komanda yaxşı hazırlaşmışdı. Sadəcə ilk oyunda 1:6 uduzmuşduq. Üstəlik, oyun başlayan kimi qol buraxmağımız çıxışımıza təsir etdi. Ola bilsin, bu qol uşaqları həvəsdən saldı.

Kosovo ilə oyunda dəyişikliklər olacaq. Paltardəyişmə otağı sanki xəstəxanaya çevrilib. Bir neçə oyunçu zədələnib. Elnur Cəfərov, Renat Dadaşov, Bəhlul Mustafazadə əzələsini dartıb".

Digər xəbərlər