Oktyabrın 15-də Azərbaycanın qadınlardan ibarət “Nur” həndbol klubu Avropa Həndbol Federasiyası (EHF) kubokunda növbəti oyununu keçirib.
Supersport.Az “azərtac”a-a istinadla xəbər verir ki, Danimarkanın “Viborq” klubu ilə qarşılaşan kollektiv rəqibinə böyük hesabla uduzub – 15:43.
Xatırladaq ki, komandalar arasında oktyabrın 14-də baş tutmuş ilk oyunda “Viborq” həndbolçuları 38:21 hesabı ilə qalib gəlmişdilər. Əvvəlcədən razılaşdırıldığı kimi, hər iki matç Danimarkada keçirilib.
Beləliklə, Skandinaviya təmsilçisi iki oyunun nəticəsinə görə 81:36 hesabı ilə qalib gəlib.