Autsayder "Çelsi"ni çökdürdü - Video

Autsayder "Çelsi"ni çökdürdü - Video
Futbol, Video
14 Oktyabr 2017 - 20:27
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Qarabağ"ın rəqibi, İngiltərə çempionu "Çelsi" ölkə çempionatında yenə meydanı tərk edib.

Bu dəfə "Kristal Palas" öz meydanında London təmsilçisini məğlubiyyətə uğradıb - 2:1. Əvvəlcə "Çelsi"nin futbolçusu Sezar Azpilikueta 11-ci dəqiqədə qapını səhv salıb. Yeddi dəqiqə sonra Timue Bakayoko bərabərliyi təmin edib.
İlk hissənin sonunda Vilfrid Zaha meydan sahiblərinə qələbə qazandıran qolu vurub.

Qeyd edək ki, son - 20-ci pillədə qərarlaşan "Kristal Palas" ilk qələbə və xalını "Çelsi" üzərində qazanıb. Səkkiz turdan London klubu üçüncü məğlibiyyətini alıb.

Digər xəbərlər