Oktyabrın 14-də həndbol üzrə Azərbaycan çempionatında növbəti yarış gününə qadın həndbolçular arasında mübarizə ilə start verilib.
Supersport.Az xəbər verir ki, “Gənclər Birliyi” komandası ilə qarşılaşan “Azəryol” klubu böyük hesablı qələbə qazanıb – 42:17.
“Azərsu” həndbolçuları isə “Qarabağ” kollektivindən 32:22 hesabı ilə üstün olublar.