"1.5 milyard müsəlman bunun hesabını verəcək"

"1.5 milyard müsəlman bunun hesabını verəcək"
Futbol, Tribuna
08 Sentyabr 2017 - 00:43
Supersport.Az-ın məlumatına görə, "Beşiktaş"ın keçmiş futbolçusu Məkkədə Həcc ziyarətindən sonra müsəlmanlara ismarıc göndərib.

Myanmanın Arakan bölgəsində müsəlmənların qətl və zülmlə üzləşməsiylə bağlı danışan Demba Ba, vəhşiliyə qarşı mübarizə aparmağın vacibliyini bəyan edib:

"Dünyada 1,5 milyard müsəlman yaşayır. Zülmə qarşı mübarizə aparılmaması durumunda bütün müsəlmanlar bunun hesabını verəcək. Hamı nə baş verdiyini yaxşı görür, ancaq kimsə hərəkət etmir. Heç bir ölkənin Arakan üçün etmədiyini Türkiyə edir. Hər kəs mənim Türkiyəni və insanlarını necə sevdiyimiz bilir.

Biz müsəlmanlar olaraq bir gün Allahın qarşısına hesab verməyə çıxanda bizdən bu olayların soruşulacağını düşünürəm. Rəsulun (s.a.v) söylədiyi kimi "Əgər qardaşın üçün də istəmirsən həqiqi bir inanan, gerçək bir müsəlman deyilsən". Özün üçün istədiyini müsəlman qardaşına da arzulamalısan. Bu gün biz özümüzə çox şeylər istəyirik. Ancaq başqası üçün bunu istəmirik. Müsəlman qardaşlarımızın bu şəkildə öldüyünü görmək çox dəhşətlidir. Onlara kömək etməliyik.

Allahın nə zaman ruhumuzu alacağını, öləcəyimizi bilmirik. Müsəlman olaraq ölməzdən əvvəl bütün vəzifələri yerinə yetirmək istəyərik. Həcc də belədir. Müsəlman olaraq üzərimə düşən həcc ziyarətini yerinə yetirdiyim üçün çox sevinirəm".

Digər xəbərlər