Çempionlar Liqasında ilk finalçı: "Yuventus"

Çempionlar Liqasında ilk finalçı: "Yuventus"
Futbol
10 May 2017 - 00:40
Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib.

Supersport.Az-ın məlumatına görə, ilk oyun günündə "Yuventus" öz meydanında "Monako"nu qəbul edib və çətinliklə qalib gəlib - 2:1.

6 gün əvvəl bu komandaların ilk oyunu "Qoca Sinyora"nın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Çempionlar Liqası

1/2 final, cavab oyunu

9 may

22:45 "Yuventus" - "Monako" 2-1 

Qollar: Mario Mancukiç 33, Dani Alveş 45 - Kilian Mbappe 69

İlk oyun - 2:0

10 may

22:45 "Atletiko" - "Real Madrid"


İlk oyun - 0:3

Xatırladaq ki, ÇL-in finalı iyunun 3-də Kardiffdə keçiriləcək.

Digər xəbərlər